Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabahdan benzin rəsmən bahalaşmasa da, qiyməti artır

Sabahdan benzin rəsmən bahalaşmasa da, qiyməti artır


Avtomobil sahibi olanlar, Vergi Məcəlləsinə maraqlı bir dəyişiklik edilir. Yanvarın 1-dən indi adət etdiyimiz yol vergisi ləğv olunur, yəni avtomobillərimizin mühərrikinin iş həcminə görə hər il ödədiyimiz yol vergisi yığışdırılır. Əvəzində yanacaq üçün yol vergisi tətbiq olunur, özü də hər litr üçün 2 qəpik məbləğində. 



Bu yenilikdən sonra yanacağın satış qiymətinin artıb-artmayacağını ekspertlər şərh etdilər.



Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, yeni dəyişiklik çox maşın idarə edən sürücülər üçün pis olsa da, az maşın istifadə edənlər üçün sevindirici ola bilər.



Şöbə rəisinin sözlərinə görə, yol vergisi benzinin qiymətindən çıxılacaq: “Maşın sürməyənlər vergi verməyəcəklər. Bir sıra Avropa ölkələrində, Türkiyədə yol vergisi yanacağın qiymətindən hesablanır. İrihəcmli avtomobillərdə yol vergisi daha yüksəkdir. Mühərrik həcmi 2000 kubmetrə qədər olan avtomobillər üçün 20 manat, 3000-ə qədər - 40 manat, 4000-ə qədər - 70 manat, 5000-ə qədər olanda 110 manat, 5000-dən yüksək isə 160 manat yol vergisi ödəyirdisə, onu yanacaqda verəcək. Kim avtomobili çox istifadə edəcəksə, çox yanacaq alacaq və yol vergisini də yüksək ödəyəcək. Elə adam da var ki, il ərzində az maşın sürür və ya heç istifadə etmir. Onlar vergi verməyəcəklər. Az sürənlər vergiyə və yanacağa qənaət edəcəklər, çox sürənlər isə çox yanacaq istifadə edəcək, artıq vergi ödəyəcəklər”.



K.Əliyev qeyd etdi ki, yeni dəyişikliyə görə, vergi yanacağın üzərinə gələcək: “İl ərzində sürücülər yüksək həcmli avtomobilə görə 160 manat, yük avtomobillərinə görə 500-600 manat vergi ödəyirlər. Bu pullar birdəfəlik ödənir, yanacağa yönəldiləndə isə vergi rüsumu alınan yanacaqla çıxılacaq".



İqtisadçı Vüqar Bayramov Milli.Az-a açıqlamasında bildirdi ki, bu dəyişiklik birmənalı şəkildə benzinin qiymətinə təsir göstərməyəcək. Onun sözlərinə görə, benzinin qiymətində aksiz vergiləri daha çox rol oynayır. O baxımdan yeni verginin təyin edilməsi benzinin xərc strukturunun artmasına gətirib çıxarmayacaq. Xərc strukturunda hər hansı dəyişikliklər baş verməyəcək. Benzinin xərc strukturunda hər hansı dəyişiklik baş vermədiyi üçün, dəyişikliklər daha çox aksiz vergisi ilə bağlı olduğundan, bu dəyişiklik benzinin qiymətinin artması üçün iqtisadi zəmin yaratmır.



V.Bayramov hesab edir ki, benzinin xərclərində dəyişiklik ola bilər, bu, benzinin qiymətinin qalxması demək deyil. Aİ-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Həmin qiymətin artırılması üçün Dövlət Neft Şirkətinin Tarif Şurasına müraciət etməsinə ehtiyac var. Tarif Şurası qiyməti qaldırmaqla bağlı qərar vermirsə, o zaman xərc dəyişsə belə, benzinin qiymətinin artmasına gətirib çıxarmır.



İqtisadçının fikrincə, yol vergisi ilə bağlı oxşar praktika bir sıra ölkələrdə var. Bu tip vergilərin tətbiqi büdcəyə əlavə gəlir mənbələrini formalaşdırmaqdan ibarətdir. Dövlət çalışır ki, büdcəyə daha çox vəsaitin daxil olmasına nail olsun. Avtomobil istifadə edənlərin sayı çoxdur və dayanmadan artır. Bu isə davamlı olaraq büdcəyə gəlir mənbələrinin formalaşmasına imkan verir.


Teqlər:
Bu xəbər cəmi 1015 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR