Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 1-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 2-7 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 14 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 5-10, bəzi günlərdə 13-18, üçüncü ongünlükdə isə 20-25 dərəcə şaxta, gündüzlər 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə isti, ayın üçüncü ongünlüyündə 3-6 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2-5 dərəcə şaxta təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə şaxta (gecələr 2-7, bəzi günlərdə 10-15, üçüncü ongünlükdə dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 9 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 2-7 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 4-6 dərəcə şaxta təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 1-6 dərəcə şaxta, bəzi günlərdə 4 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 9-14, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər 1-5 dərəcə isti, bəzi günlərdə 10 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 1-6 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2-6 dərəcə şaxta təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-49 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 13 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti, dağlarda 2-6 dərəcə şaxta (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə, dağlarda 10-15 dərəcə şaxta, üçüncü ongünlükdə 18 dərəcəyədək şaxta, gündüzlər 5-10, bəzi günlərdə 14 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 0-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.