Məlumatı İndoneziya hökuməti də təsdiqləyib. Yerli balıqçılardan birinin tapdığı hissələrin AirAsia şirkətinə aid olduğu təsdiqlənib. Axtarış tədbirləri nəticəsində təyyarədə olan 40 nəfərin cəsədi aşkar edilib.
Ekspertlər hesab edirlər ki, təyyarənin qəzaya uğraması səbəb hava şəraiti və ya texniki problem ola bilər. Bu, həmin şirkətin tarixində yaşanan ilk fövqəladə durumdur. Belə ki, AirAsia altı il davamlı olaraq dünyanın ən yaxşı aviakompaniyası seçilib.