Sərəncamla bir çox tanınmış şəxslər azadlğa buraxılacaq. Bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibi Səadət Bənənyarlı "Qafqazinfo"ya məlumat verib.
Onun sözlərinə görə, əfv siyahısında 2 NİDA-çının adı var: "Onlar Üzeyir Məmmədli və Zaur Qurbanlıdır".
Siyahıda həmçinin jurnalist Əvəz Zeynallının adı var. Əfvə eyni zamanda İsmayıllı məhbuslarından 3 nəfər, Hicab məhbuslarından isə 2 nəfərin adı daxil olub.
***
Novella Cəfəroğlu "Qafqazinfo"ya bildirib ki, onların təqdim etdikləri siyahıdan 10 nəfər azadlığa çıxacaq. Həmin şəxslərin arasında Qurban Məmmədov və Sərdar Əlibəyli də var:
"Biz prezident İlham Əliyevin bu sərəncamını yüksək qiymətləndiririk və ümid edirik ki, mart ayına qədər digər tanınmış məhbuslar da azadlığa çıxacaq".
Sərəncam bir neçə saatdan sonra dərc olunacaq.