Türkiyəli çalışdırıcı "TRT Spor" kanalında "Futbol arenası" verilişində qonaq qismində çıxış edib.
Çətin bundan sonra sözügenən verilişin daimi eksperti olacaq. O, sabiq futbolçu və hakim Ərman Toroğlu ilə birgə Superliqada keçirilən qarşılaşmaları dəyərləndirəcək.
Xatırladaq ki, Çətin Topaz Premyer Liqasının son turundan sonra istefa ərizəsini klub prezidentinə təqdim edib. Hər zaman komanda rəhbərliyindən dəstək aldığını bildirən 51 yaşlı çalışdırıcı işinin öhdəsindən gələ bilmədiyi üçün cənub klubundan getmək qərarına gəlib.