Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva həsr olunan “Biz hamımız uşaqlıqda anadan olduq” adlı sənədli film hazırlayıb.
Sənədli filmdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevinin uşaqlıq illəri, keçdiyi ömür yolu, xatirələrdən danışılıb. Rusiya telekanalı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsiləvə səhiyyəyə xüsusi qayğı göstərdiyi, Fond tərəfindən yeni məktəb və xəstəxana binalarının inşa edildiyi, bir çox xarici ölkələrdə xeyirxahlıq missiyası həyata keçirdiyi xüsusi vurğulayıb.
Filmdə həmçinin Fondun Vatikan kitabxanasında kitabların kataloqunun tərtib edilməsində, Strasburqdakı ən qədim katedralın freskasının təmirində yaxından iştirak etdiyi, Orn departamentində onlarla tarixi abidənin bərpasına yardım göstərdiyi qeyd olunur.
Sənədli filmdə demokratik yolla gedən Azərbaycanın tolerant və dünyəvi ölkə olduğu, burada bir çox xalqların, o cümlədən yəhudilərin və xristianların ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşadıqları bildirilir.
Bundan əlavə Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevanın bu idman növünü Azərbaycanda inkişafı üçün gördüyü işlərdən də danışılır.
Rusiya telekanalının hazırladığı filmdə Bakının keçdiyi inkişaf yolu, bu şəhərdə Avropada keçiriləcək ilk Avropa Olimpiya Oyunları və s. Uğurlardan bəhs edilib.
Sənədli filmdə yer alan UNESCO-nun prezidenti İrina Bokova, Ümumrusiya Gimnastika Federasiyasının prezidenti İrina Vinner, italiyalı aktrisa Ornella Mutti, SSRİ xalq artisti Tamara Sinyavskaya, Fransa parlamentinin deputatı Natali Qule və digər görkəmli şəxslər Mehriban Əliyeva haqqında öz xatirə və təəssüratlarını bölüşüblər.