Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda bayram satış yarmarkaları başladı- Qiymətlər+Fotolar

Bakıda bayram satış yarmarkaları başladı- Qiymətlər+Fotolar
Dekabrın 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkaları başlayıb.


“Yenimeydan.info” AzərTac-a istinadən xəbər verir ki, yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və bayram süfrələri üçün digər ərzaq məhsulları çıxarılıb.Yarmarkaların paytaxtın əvvəlcədən müəyyən olunmuş aşağıdakı rayonlarında və ünvanlarında - Xətai rayonu - Ukrayna dairəsinin yanı; Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi; Yasamal rayonu - Şərifzadə küçəsi 1, Rabitə və Nəqliyyat Kollecinin arxası; Nərimanov rayonu - metronun “Gənclik” stansiyasının yanı; Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, 239 nömrəli məktəbin arxası; Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, və Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12; Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, “Elit” Ticarət Mərkəzinin yaxınlığı keçirilməsi qərara alınıb. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov deyib ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Yarmarkada badımcan 1 manat 50 qəpiyə, kartof 60-80, soğan 30-40 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, yumurtanın 1 ədədi 9-11 qəpiyə satılır.Bayram yarmarkasında qoyun ətinin kiloqramı – 5 manat 50 qəpik - 6 manata, mal əti – 5 manat – 5 manat 50 qəpiyə, quş əti – 2 manat 20 qəpik - 4 manata, üzüm – 2 manat – 2 manat 60 qəpiyə, pomidor – 1 manat 30 qəpiyə – 2 manata, xurma – 1 manat – 1 manat 10 qəpiyə, heyva – 50 qəpik - 1 manat 20 qəpiyə, naringi – 70 qəpik – 1 manat 20 qəpiyə, nar – 1 manat -1 manat 50 qəpiyə, yerkökü – 50 qəpik – 1 manat 20 qəpiyə, xiyar - 60 qəpik - 1 manat 50 qəpiyə, alma – 35–80, kartof – 70-90, çuğundur – 40-80, soğan-- 35-90, kələm – 50-70 qəpiyə, yumurtanın biri isə 6-11 qəpiyə təklif olunur.Dekabrın 31-dək davam edəcək yarmarkaya ümumilikdə isə 70,5 ton məhsul çıxarılacaq.





Teqlər:
Bu xəbər cəmi 1445 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR