Anspress-in Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Türkiyə hökumətinin Rusiya vətəndaşları üçün verdiyi qərar bu il dekabrın 31-də qüvvəsini itirəcək. Qərarda rus turistlər üçün verilən viza müddəti başa çatsa, həmin müddətdə xarici pasportun müddəti bitsə belə, 60 gün ölkə ərazisində qalmaq mümkün idi.
Amma gələn il yanvarın 1-dən etibarən isə Rusiya vətəndaşları üçün müəyyənləşdirilən yeni qayda sərtləşdiriləcək. Belə ki, vizadan əlavə, xarici pasportun müddətinin bitməsinə ən azı 60 gün qalmış Rusiya vətəndaşları ölkəni məcburi tərk etməlidirlər.