Hadisə Ələt-Astara magistralının 15-ci kilometrliyində Salyanın Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Neftçala rayon sakini, 30 yaşlı Coşqun Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı isitqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib.
Nəticədə sürücü və yanındakı sərnişin Bakı şəhər sakini, 32 yaşlı Amil Orucov müxtəlif dərəcli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılblar.