Bu layihə “İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri" sərgisinin iştirakçılarına təqdim edilib.
Yeni parketmə xidməti “Android” və “iOS” əməliyyat sistemləri üzərində işləyən mobil qurğuların sahibləri üçün nəzərdə tutulub.
Bu xidmət “Baku Parkinq” sistemində avtomobil dayanacaq yeri olan ən yaxın mərkəzləri müəyyən edib boş yerlər haqqında məlumat əldə etməsini və avtomobil dayanacaq ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur.
Artıq internetdə test rejimində sistemin “www.bakuparking.az” internet saytı fəaliyyət göstərir.