Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Benzinin qiyməti endirilə bilər – Azərbaycanda

Benzinin qiyməti endirilə bilər – Azərbaycanda
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Süleyman Qasımov deyib ki, dövlət qərar qəbul edib benzinin qiymətinin aşağı salınmasını təklif edə bilər. Ancaq məsələ burasındadır ki, benzinin qiymətində ARDNŞ-in gəlirliliyi xeyli azdır. Benzinin qiymətində vergi daha çox yer tutur.


“Qafqazinfo” azadliq.info-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, benzin Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə satılır: “Bizim qiymətlər qonşu ölkələrlə müqayisə edilib. Bu zaman məlum olub ki, qonşu ölkələrdə vergi həddən artıq yüksəkdir. Belə olan halda, bizdə benzinin vergisiz qiyməti digər ölkələrdən aşağıdır. Xaricdən gətirilən benzinlərin qiyməti isə dövlətin tabeliyində olan məsələ deyil”.



Deputat Vahid Əhmədov “Azadlıq”a açıqlamasında bildirib ki, benzinin qiymətilə bağlı məsələyə iki aspektdən yanaşmaq lazımdır. O, ölkə daxilində istehsal edilən və xaricdən idxal edilən benzinin qiymətindəki fərqdən danışıb: “95-Premium markalı benzin Azərbaycanda istehsal edilmir. Bu markalı benzin Azərbaycana xaricdən idxal olunur. Xaricdə benzinin qiyməti aşağı düşüb. Gürcüstan, Rusiya, Türkiyə və digər ölkələrdə benzinin qiyməti ucuzlaşdığı üçün burda da elə olmalıdır. Birmənalı şəkildə benzinin qiyməti aşağı salınmalıdır”.



Deputat deyir ki, ölkə daxilində istehsal olunan “A-92" markalı benzinin və dizel yanacağının qiymətinə isə yenidən hesablamalar aparıb bar daha baxmaq mümkündür. Belə məsələlərin Tarif Şurasının səlahiyyətində olduğunu deyən Vahid Əhmədov bu markadan olan yanacağın gəlirliliyi və digər məsələlərin nəzərdən keçirilməsinin mümkünlüyünü bildirir.


Teqlər:
Bu xəbər cəmi 1245 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR