Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Onların səlahiyyəti niyə artırıldı?

Onların səlahiyyəti niyə artırıldı?
Bəs qanuna edilən dəyişiklik nə vəd edir? Dəyişikliklər əlavə rüşvət mənbəyinə çevrilə bilərmi?


Dövlət başçısı İlham Əliyev Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və Dövlət Mülki Aviasiya Administrasiyası haqqında əsasnamələrə dəyişikliklər edilməsi barədə fərmanlar verib. Daxili Işlər Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən nazirliyin vəzifələri artırılıb.



Daxili İşlər Nazirliyinin vəzifələri sırasına avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin “Icbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək əlavə olunub. Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “Icbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək bu nazirliyin funksiyaları sırasına daxil edilib.



Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnaməyə edilən dəyişikliyə görə isə hava nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “Icbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək Administrasiyanın vəzifələrindən biri olacaq.



Bəs qanuna edilən dəyişiklik nə vəd edir? Dəyişikliklər əlavə rüşvət mənbəyinə çevrilə bilərmi?



“Qafqazinfo” xəbər verir ki, iqtisadçı Nemət Əliyev “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, adı çəkilən nazirliklərin, xüsusilə DIN və Nəqliyyat Nazirliyinin fəaliyyəti haqqında cəmiyyətin yetərincə məlumatı var. Hər iki dövlət orqanındakı rüşvət və korrupsiya faktlarına dair kifayət qədər məlumatın olduğunu deyən N.Əliyev vurğuladı ki, hər iki dövlət strukturu üzərinə qoyulan vəzifələrin öhdəsindən gələ bilmir: “Nəqliyyat Nazirliyindən açıqlanan rəsmi məlumatlara fikir versək görərik ki, ölkənin Dəmiryol sistemi batır. Nəqliyyat sferasında kifayət qədər yeyintilər var. Hava və dəniz nəqliyyatı, demək olar, iflic olub. Dövlətə on illərdir bu sahədən vergi daxil olmur. Bütün bu neqativ hallara görə həmin sahəyə rəhbərlik edənləri cəzalandırmaq lazımdır. Həmin sahələrdə ciddi yoxlama aparıb, onların fəaliyyətini təftiş etmək lazımdır. Amma bunun yerinə həmin şəxslərə əlavə səlahiyyətlər verilir. Axı gərək bunlar məşğul olduqları sahələrdəki neqativ halları aradan qaldırsınlar. Doğrudan da qabiliyyət və bacarıq rüşvət etalonu ilə seçilirsə, o zaman bəyan etmək lazımdır ki, dəyərlər sistemi tam fərqlidir”.



N.Əliyev vurğuladı ki, meyarlar dəyişməyibsə, dövlət orqanları vəzifələrini yerinə yetirə bilmirlərsə, o zaman onların səlahiyyətlərini artırmağın nə anlamı var. N.Əliyev hesab edir ki, nazirliklərə verilən sahələrdə yaxşılaşma yox, əksinə, daha da geriləmənin yaşanacağı proqnozlaşdırılandır. Nəqliyyat vasitələrinin texniki baxışı zamanı yol verilən neqativ halları xatırladan N.Əliyev vurğuladı ki, bu reallıqları bütün ölkə gözəl bilir. “Ona görə bu faktların fonunda nəsə yeni irəliləyişə nail olunacağına ümid az qalır”, deyə N.Əliyev vurğuladı.


Teqlər:
Bu xəbər cəmi 1190 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR