Bu ilki iştirakçılar arasında Ukrayna olmayacaq. Bir müddətlik fasilədən sonra Kipr, Çexiya və Serbiya isə yenidən müsabiqəyə qatılacaq.
Yarışmanın mayın 19-da keçiriləcək yarımfinal mərhələsində 16 ölkə, mayın 21-dəki yarımfinalda isə 17 ölkə iştirak edəcək.
"Böyül beşlik" - Fransa, Almanya, İtaliya,İspaniya və Böyük Britaniya isə birbaşa finalda çıxış edəcək. Ən böyük musiqi müsabiqəsinin final mərhələsi may ayının 23-də baş tutacaq.
Qeyd edək ki, bu il keçiriləcək yarışmanın aparıcıları Miryam Vaykselbraun, Alis Tumler, Arabella Kisbauerdir. Müsabiqənin "Green-room”da isə aparıcı kimi ötən ilin qalibi Konçita Vürst işləyəcək.