Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, təhsil işçiləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev tədbir iştirakçılarını salamlayaraq, gəncəlilər üçün bu günün çox əlamətdar olduğunu bildirib.
İcra başçısı Elmar Vəliyev Təhsil İdarəsinin inzibati binasının qırmızı lentini kəsib və təhsil işçilərini bu əlamətdar hadisə münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
İnzibati binanın tikintisində əməyi olan “Gəncə-Körpü-Tikinti-2” ASC-nin işçilərindən bir qrupuna şəhər İcra Hakimiyəti tərəfindən Fəxri fərmanlar təqdim olunub.
Sonda şəhər rəhbərliyi müasir və yeni avadanlıqlarla təchiz olunmuş otaqları gəzərək, burada yaradılan şəraitlə tanış olub və öz tövsiyələrini verib.