Təbrik məktubunda deyilir:
“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.
Əminəm ki, Ukrayna-Azərbaycan münasibətlərinə daim xas olan ənənəvi qarşılıqlı anlaşma və etimad şəraiti bundan sonra da ölkələrimiz arasında konstruktiv əməkdaşlığın etibarlı əsası olacaq”.