Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd edilib.
***
Türkiyənin 11-ci prezidenti Abdullah Gül də İlham Əliyevi təbrik edib. Təbrik məktubunda deyilir:
Cənab Prezident, əziz qardaşım, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dost və qardaş Azərbaycan Zati-alinizin müdrik liderliyi sayəsində böyük inkişafa nail olmuş və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirib.
Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq münasibətlərindən alan Türkiyə-Azərbaycan müttəfiqliyi də müştərək səylərimizlə daha da inkişaf etmiş və regionumuzda bənzərsiz sabitləşdirici amilə çevrilib.
Əlaqələrimizdə əldə olunan bu müsbət dinamikanın davam etdiriləcəyinə əminəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və davamlı rifah arzu edirəm.