Dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs DİN-in 102 Zəng Mərkəzinə zəng edərək “metronun “28 May” stansiyasının yanına bomba qoymuşuq” deyib.
Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı vermiş Mingəçevir şəhər sakini 32 yaşlı Taleh Səfərov metronun “28 May” stansiyasının yaxınlığında tutulub. Onun sərxoş halda olması müəyyən edilib.
Araşdırmalar aparılır.