AzərTAc xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, İmişli, Beyləqan rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, Bakı şəhərinin Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binaları inşa olunur. Eyni zamanda, əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlər tikilir. İlkin mərhələdə ümumilikdə 52 rayonda 353 fərdi ev inşa edilərək əlil və şəhid ailələrinə təqdim olunacaq. Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi nəzərdə tutulur. Hər bir Azərbaycan ailəsində orta hesabla 5 nəfər ailə üzvünün olduğunu nəzərə alsaq, Prezident İlham Əliyevin Sərəncamı 5731 əlil və şəhid ailəsi üzrə 30 min nəfərədək insanın həyatına rahatlıq gətirəcək.