Nigeriyanın Bauçi şəhərinin mərkəzi bazarı ərazisində törədilmiş güclü partlayış nəticəsində 15 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra bazarda başlayan güclü yanğın xilasedicilər və həkimlərin işinə mane olur.
“Zərərçəkənlərin sayı olduqca çoxdur, lakin yanğına görə biz heç nə edə bilmirik”, deyə Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi bildirib.
Xatırladaq ki, bir gün əvvəl Nigeriyanın şimal-şərqindəki Qombe şəhərinin avtovağzalında baş verən partlayış nəticəsində azı 20 nəfər ölmüşdü. Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.