Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə yanmış və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavan 10 kv.m sahədə ərimişdir.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.