Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

114 jurnalistə pul verildi

114 jurnalistə pul verildi


Dekabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.



AzNews.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.



Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə çıxış edərək son illər təmsil etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, bu layihələrdən biri də fərdi yazı müsabiqəsidir. 2014-cü ildə KİVDF tərəfindən ayrıca və digər qurumlarla birgə 10 müsabiqə keçirilib. Bu müsabiqələrdə 336 jurnalist mükafatlandırılıb. Sonuncu müsabiqə daha geniş auditoriyanı əhatə edib. 



Vurğulanıb ki, KİVDF media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklər edib. Müsabiqə mövzuları jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilib.



Diqqətə çatdırılıb ki, sonuncu müsabiqəyə 154 yazı təqdim olunub. Bu, ümumilikdə 58 media qurumunu əhatə edib. Hər istiqamət üzrə ümumilikdə 6 qalib seçilib. Müsabiqədə hər istiqamət üzrə birinci yer üçün 500 manat olmaqla 1, ikinci yer üçün 300 manat olmaqla 2, üçüncü yer üçün 200 manat olmaqla 3 mükafat verilib. Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 nəfər jurnalist faydalana bilib.

Sonra Fondun Müşahidə Şurasının üzvləri müsabiqə zamanı qarşılaşdıqları bir çox məsələlərdən bəhs ediblər. Yazılarda əksini tapmayan jurnalist peşəkarlığından, hadisələrə yanaşmaların bəsitliyindən, rəngarəngliyin, forma müxtəlifliyinin çatışmazlığından söz açılıb. Həmçinin müsabiqəyə təqdim edilən bir sıra zövqlü, seçilmiş mövzunu əhatə edən yazılar da yüksək qiymətləndirilib.



Diqqətə çatdırılıb ki, müzakirələr aparılaraq növbəti müsabiqələrin formasında dəyişikliklər edilə bilər.



Sonra qaliblər mükafatlandırılıblar. 


Teqlər:
Bu xəbər cəmi 1070 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR