Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Benzinin qiyməti hansı ölkələrdə qalxıb?

Benzinin qiyməti hansı ölkələrdə qalxıb?
Son aylarda dünya bazarında neftin qiyməti ucuzlaşmaqla yanaşı, qiymətin bahalaşdığı ölkələr də var.


Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.



V.Bayramov bildirib ki, nə qədər paradoksal olsa da bu ilin uyunundan bəri benzinin qiyməti neft ölkələri olan İndoneziyada 30, Malaziyada 8 faiz yüksəlib: “Əksinə, qara qızılı idxal edən Hindistanda qiymət 9, Çində 10, ABŞ-da isə 20 faiz aşağı düşüb. Məsələnin iqtisadi tərəfi bəlkə də heç də paradoksal deyil: neft ölkələri benzini baha satmaqla qiymət azalmalarından yaranan mövcud və potensial kəsirləri qapamağa çalışırlar, istehlakçı ölkələr də bu prosesi bazar tənzimlədiyi üçün bununla dövlət xidmət sektorunda və xərcləmələrdə artıma nail olmağa çalışırlar. 



Azərbaycanda Aİ 92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün onun ucuzlaşdırılması məqsədə uyğun deyil. Tənzimlənən qiymətlərin dünya bazar qiyməti ilə birbaşa əlaqəsi olmadığından birjalardakı dəyişikliklərə reaksiya verməməsi iqtisadi baxımdan da məqbuldur. Çünki, bir sıra digər ödənişlər və eləcə də subsidiyaların məbləği məhz tənzimlənən qiymətə uyğun olaraq müəyyənləşdirilir. 



Bununla belə, istehsalçı ölkədə ucuzlaşdığı üçün idxal olunan Aİ 95 və Aİ 98 markalı benzinin qiymətinin aşağı salınması olduqca vacibdir. Bu markalı benzinlərin qiymətini bazar müəyyənləşdirdiyi üçün mənbə ölkədəki dəyişikliklərə reaksiya verilərək sözügedən benzin markalarının ucuz qiymətə təklif edilməsi nəinki vacibdir, həmçinin bu bazarın diqtəsidir”.


Teqlər:
Bu xəbər cəmi 800 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR