Layihə 15 dekabr - 20 dekabr 2014-cü il tarixləri aralığında keçirilib.
SAY: Support of Azerbaijan Youth” – Könüllülük Akademiyası keçirilən beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin aktiv iştirakına stimul vermək və Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimləndirilməsi və ixtisaslaşdırılması layihəsidir. Ümumilikdə layihədə 100 gənc iştirak edib.
Layihə müddətində yeni təlim modulu yaradılıb. “SAY: Support of Azerbaijani Youth” - Könüllülük Akademiyası 2014-cü ildə “Gənclər Paytaxtı” seçilmiş Quba şəhərində həyata keçirilib.
Qeyd edək ki, layihənin ilkin mərhələsində gənclərin seçimi aparılıb. Seçim zamanı könüllülük təcrübəsi olan, könüllülərlə işləmək bacarığına sahib olan aktiv gənclərə üstünlük verilib.
Düşərgə formatında keçirilən layihə iki mərhələdən ibarət olub. Layihənin ilkin mərhələsində könüllüyün nə olduğu haqqında, kriteriyaları barədə suallara ətraflı cavablar çatdırılıb. Layihə iki hissədən ibarət olub, “Nəzəri biliklər”-in ötürülməsi və “Biliklərin tətbiq edilməsi” hissəsi. Həmçinin məlumat üçün bildirmək istərdik ki, “Nəzəri biliklər”-in ötürülməsi hissəsində gənclər yeni təlim modulu - “SAY: Könüllü” təlim modulu vasitəsi ilə təlimləndiriliblər.
Həmçinin layihə nəznində www.volunteer.az saytı yaradılıb. Bu sayt vasitəsi ilə Azərbaycanda ümumi könüllülük bazasının yaradılması planlaşdırılıb.
Quba rayonu da daxil olmaqla 18 rayon və şəhərdən olan gənclər iştirak edib. Layinənin son günündə gənclərə şəhadətnamə verilib.