Kral ailələrinin lüks həyat tərzi keçirməsi şübhəsizdir. Kral ailə üzvlərinin dünyanın ən bahalı avtomobillərinə sahib olduğunu da bilirdinizmi?
Analitik.az xəbər verir ki, kralların maşınları və onlara verilən pullar doğurudan da göz qamaşdırıcıdır. Belə ki, dünyanın ən bahalı və son model avtomobillərini onlarda görmək olar.
Xüsusilə gənc şahzadə və vəliəhdlər lüks maşınlara üstünlük verir. Yeri gəlmişkən qeyd edək ki, ən bahalı avtomobil Qətər əmirindədir.
Uels Şahzadəsi Uilyamın “Range Rover” 140 min avro dəyərindədir.
Uels Şahzadəsi Harri nin istifadə etdiyi avtomobilin markası isə “Bentley”dir.
Uels Şahzadəsi Çarlzın istifadə etdiyi avtomobil “Aston Martin”dir. Bu maşın 70 min avro dəyərindədir.
Monako Şahzadəsi Albert həmişə komfortlu avtomobillərə üstünlük verir.
Kraliça Elizabetin mindiyi maşınların yüz minlərlə dollar qiyməti var.
Qətər Əmiri Şeyx Həməd Bin Xəlifə Al Sani dünyanın ən bahalı, 3 milyon 500 min dollar qiyməti olan Livan istehsalı “Lycan Hypersport”a sahibdir.
Dizayner Ralf Debbasın imzasını daşıyan avtomobilin dizaynı 6 ilə başa gəlib.
Qətər Əmiri Şeyx Həməd Bin Xəlifə Al Sani, dünyadakı ən bahalı avtomobilin ilk müştərisidir..
“Lycan Hypersport” kral ailəsinin ən çox sevdiyi avtomobildir.
Səudiyyə Şahzadəsi Alwaleed Bin Talal Al Saudun istifadə etdiyi avtomobil “Rolls Royce”dir.
Onun digər maşınları da olduqca bahalıdır.
Dubay Vəliəhd Şahzadə Məhəmməd Bin Raşid Əl Maktum da sərvət dəyərində avtomobil idarə edir: 2,4 milyon dollar qiymətində “Bugatti Veyron Super Sport”.
Bundan başqa şahzadələrin ən sevimli avtomobilləri bunlardır:
“Koenigsegg Trevita” - 2,1 milyon dollar.
“Lamborghini Sesto Elemento” - 2,2 milyon dollar.
“Ferrari 599xx” - 2 milyon dollar.
“Bugatti Veyron”- 2 milyon dollar.
“Grand Sport” - 2 milyon dollar.
“Lamborghini Reventon Roadster” - 1,56 milyon dollar.
“Koenigsegg CCXR - 1,3 milyon dollar.