Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda hərbi qulluqçuların üst geyimlərinin modeli dəyişdirilib

Azərbaycanda hərbi qulluqçuların üst geyimlərinin modeli dəyişdirilib


"Müdafiə Nazirliyinin təşəbbüsü və rəhbərliyi ilə hərbi qulluqçuların üst geyimlərinin modelində və digər əşya əmlaklarının keyfiyyətində əsaslı dəyişikliklər baş verib. Bu dəyişikliklər dövlət başçısı tərəfindən təsdiq edilib. Bununla da növbəti ildə şəxsi heyətin təminatında əhəmiyyətli yeniliklər baş verəcək"."Report"un məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsinin rəisi polkovnik Talıb Əsədov "Azərbaycan Ordusu" qəzetindəki məqaləsində yazıb."Arxa Cəbhə İdarəsi özündə üç mühüm sahəni - yanacaq, ərzaq və əşya xidmətini birləşdirir, bu istiqamətlər üzrə Silahlı Qüvvələrin gündəlik tələbatını təmin edir. Ordu rəhbərliyinin tapşırığına əsasən, qış dövrünə keçidlə əlaqədar sərt iqlim və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin əsgərləri sanitar-gigiyenik ləvazimatlar və digər təsərrüfat əmlakları ilə birdəfəlik təmin edilib. Həmçinin bu mövqelərdə şəxsi heyətin içməli suya təlabatı da öz həllini tapıb. Müxtəlif bölgələrdə hərbi maşın və texnikaların yanacağa olan tələbatını yüksək səviyyədə təmin etmək üçün müasir avadanlıqlarla təchiz olunan iritutumlu yanacaq anbarlarının inşa edilməsinə başlanılıb" - T.Əsədov qeyd edib.O vurğulayıb ki, hərbi hissə və birləşmələrdə şəxsi heyətin keyfiyyətli ərzaqla təminatı, milli yeməklərin hazırlanması ilə əlaqədar bir sıra vacib məsələlər də artıq həll edilib: "Hələ bu vaxta kimi belə həyati əhəmiyyətli məsələlər diqqətdə olmayıb. Məsələn, şəxsi heyətin ərzaqla təminatını yaxşılaşdırmaq məqsədilə Mərkəzi ərzaq anbarında ət məhsullarının qorunması üçün 1 ədəd 1000 tonluq saxlancın, eləcə də Gəncə bölgəsində 500 və Beyləqanda 200 tonluq müasir tipli saxlancların tikintisi artıq yekunlaşmaq üzrədir. Bir sözlə, ordu rəhbərliyinin əsas tələbi ondan ibarətdir ki, hərbi qulluqçuların keyfiyyətli ərzaqla təminatına və gündəlik qidalanmasına görə heç bir problem olmamalıdır".


Teqlər:
Bu xəbər cəmi 1395 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR