Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev münasibət bildirib. Onun sözlərinə görə, belə konkret faktla qarşılaşmayıb: “Amma ola bilər ki, hansısa cüzi qayda pozuntusudursa, ciddi inzibati xəta deyilsə, şəxsiyyətin ölkədə tanınmış insan olması, ölkə qarşısında xidmətləri inspektor tərəfindən nəzərə alınar və ona xəbərdarlıq edilər. Amma inanmıram ki, bu, kütləvi xarakter daşısın...”.
Həmin şəxslərin çıxıb efirdən bu cür danışmasına isə Kamran Əliyev çox sərt münasibət bildirib: “Çıxıb efirdə belə şey danışmağa çox pis baxıram. 2-3 dəfə efirdə mahnı oxuyub özünü məşhur sayanlar bilsinlər ki, onlara heç kim yolda güzəşt eləmir. Sadəcə özlərinə hörmət qazandırmaq üçün guya ayrı-ayrı vəzifəli şəxslərin onlara hörmət etməsini əsassız şəkildə bəyan edirlər. 2-3 dəfə çıxıb efirdə mahnı oxuyan adamın qayda pozuntusuna yolda hamının göz yumması doğru deyil”.