Kanadanın xarici işlər naziri Con Berd elan edib ki, Ottava Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu qərarın digərləri kimi Ukraynadakı vəziyyətlə əlaqədar olduğu bildirilir.
Nazirin sözlərinə görə, sanksiyalar neft-qaz sənayesində istifadə olunan texniki vasitələrə də aid ediləcək.
Bu, eyni zamanda Rusiya və Ukraynadan olan bəzi fiziki şəxslərə də şamil ediləcək.
“Heç nə etməmək- Bu, varinat deyil”-deyə XİN rəhbəri bildirib.