Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Radar cəriməsi nə vaxt silinə bilər?

Radar cəriməsi nə vaxt silinə bilər?
Texniki vasitələrin köməyi ilə aşkar olunan qayda pozuntularının vaxtında sənədləşdirilməməsi sürücülər arasında çaşqınlıq yaradır


Sürücülər tez-tez soruşurlar ki, radara düşdükdən sonra cərimə hansı müddətə qüvvədə olur. Bu sualın verilməsi təsadüfi deyil, çünki radar və başqa xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan qayda pozuntularının vaxtında sənədləşdirilməməsi sürücülər arasında çaşqınlıq yaradır. Milli.Azavtosfer.az-a istinadən bildirir ki, qanunvericilikdə bu sualın aydın və birmənalı cavabı var.



Öncə nəzərə almaq lazımdır ki, istənilən qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb etmə müddəti İnzibati Xətalar Məcələssinin (İXM) 36-cı maddəsində aydın və birmənalı şəkildə təsbit edilib. Həmin normada deyilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 2 ay keçənədək verilə bilər. Bu normanın birmənalı tələbinə əsasən, sürücünün törətdiyi qayda pozuntusundan 2 ay müddət keçdikdən sonra onun barəsində inzibati tənbeh tətbiq etmə haqında qərar çıxarıla bilməz. Əgər sürücünün qaydanı pozmuş olması 2 aydan sonra məlum olarsa, sadəcə iş üzrə icraatın rədd edilməsi haqqında qərardad çıxarılaraq materiallar arxivə verilməlidir.



İXM-in 36-cı maddəsində nəzərdə tutulan 2 aylıq müddətin axımı yalnız bu Məcəllənin 415-ci maddəsində göstərilən konkret əsasla iş üzrə icraat dayandırıldıqda dayanır. İcraatın dayandırılma əsasları bunlardır:



- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin qaçıb gizlənməsi və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yerin müəyyən edilməməsi;



- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin psixi və ya digər ağır xəstəliyə tutulması;



- inzibati xətanı törədən şəxsin müəyyən olunmaması.



Göstərilən hallardan başqa istənilən digər səbəblə icraatın dayandırılmasından, yəni 2 aylıq cəlbetmə müddətinin kəsilməsindən söhbət gedə bilməz. Dayandırma üçün əsas olan həmin hallardan hər hansı biri mövcud olduqda isə bu hal əsaslandırılmaqla ayrıca qərardad çıxardılmalıdır. Belə əsaslandırılmış qərardad yoxdursa, icraatın dayandırılması barədə söhbət ola bilməz.



Qanun icraatın dayandırılma müddətini də konkret müəyyən edir. İXM-in 415.5-ci maddəsinə əsasən, dayandırma bir ildən artıq davam edə bilməz. Bu o deməkdir ki, göstərilən 3 haldan hər hansı biri mövcud olduğuna görə icraat dayandırılmışsa və həmin halın mövcudluğu bir ildən artıq davam edərsə, yenə də icraata xitam verilməlidir. Başqa sözlə, bu halda bir ilin tamamından sonra cərimənin və ya başqa tənbehin tətbiqindən söhbət gedə bilməz.



Beləliklə, törədilmiş qayda pozuntusuna, o cümlədən radarla və ya kamera ilə avtomatik qeydə alınaraq DYP-nin Mərkəzi İnformasiya Sisteminə ötürülən qayda pozuntusuna görə cərimənin tətbiqi barədə qərar 2 ay keçənədək çıxarılmalı, icraatı dayandırmaq üçün hallar olduğuna görə ayrıca qərardadla icraat dayandırılmış olduqda isə belə qərar 1 il tamam olanadək çıxarılmalıdır. Həmin müddətlər bitdikdən sonra heç bir halda cərimə tətbiq olunması barədə qərar çıxarıla bilməz.



Müddətin hansı səbəbdən ötürülmüş olmasının heç bir əhəmiyyəti yoxdur. Hazırda mövcud olan təcrübədə olduğu kim,i avtomatik qeydə alınan məlumatın aylarla Mərkəzi İnformasiya Sistemində qaldıqdan sonra sürücüyə məlumat verilməsi və “cərimə ödəməlisən” deyilməsi tamamilə qanunsuzdur. Belə halların baş verməməsi üçün DYP-nin bu işə məsul əməkdaşları avtomatik qeydə alınan qayda pozuntularını vaxtında sənədləşdirməli, elektron protokollar tərtib edərək sürücülərə göndərməlidirlər. Kiminsə laqeydliyi, yaxud işinin çox olması səbəbindən müddətin ötürülməsi sürücünün ziyanına təfsir oluna bilməz. Cəlbetmə müddəti ötürüldüyü bütün hallarda istisnasız olaraq icraat rədd edilməli, başlanmış icraata isə xitam verilməlidir.



Amma sürücülər yadda saxlamalıdırlar ki, cərimənin tətbiqi barədə vaxtında və qanuna riayət edilməklə qəbul edilmiş qərarın icrası üçün müddət məhdudlaşdırılmır. Ona görə də həmin qərar qanunla müəyyən olunmuş əsaslarla ləğv (xitam) edilməzsə, şəxs ölənədək onun icrası məcburidir.



Qanuni qüvvəyə minmiş qərarın icrasının gecikdirilməsinin sürücülər üçün nəticələrini isə yəqin ki, hamı yaxşı bilir. Gecikmənin bir ayından sonra hər gün üçün 1% olmaqla dəbbə pulu hesablanır; gecikmənin ikinci ayından sonra nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa qoyulması haqqında qərar çıxarılır; 3-cü aydan sonra isə şəxsin sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.


Teqlər:
Bu xəbər cəmi 1775 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR