Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məktəblilərin mütaliə mədəniyyəti

Məktəblilərin mütaliə mədəniyyəti
Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsinin təqdimatı keçirilib.


Daxil olan məlumata görə, layihənin əsas məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdən ibarətdir.



Təhsil Nazirliyi həmçinin, bu yaxınlarda “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edib. Müsabiqənin əsas məqsədi yaş psixologiyası nəzərə alınmaqla, kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdır.



Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi layihələrə tanınmış yazıçı və ziyalıların münasibətini öyrəndik.



Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyatın tədrisi və metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Zahid Xəlil bu məsələyə qlobal yanaşılmasının vacibliyini bildirib, təkcə ümumtəhsil məktəb şagirdlərinin deyil, ali məktəb tələbələrinin də mütaliədən kənarda qalmamasıməsələsinə toxunub: ”Məktəblərdə müzakirələr aparılması çox yaxşıdır. Uşaqlara birinci növbədə yaxşı ədəbiyyat vermək lazımdır. Bütün bunların hamısı kompleks şəkildə olsa, bu, çox böyük səmərə verə bilər.” 



Bu işdə valideynlərin də üzərinə böyük vəzifələr düşdüyünü qeyd edən Z.Xəlil,eyni zamanda Təhsil Nazirliyinin “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqəsinin əhəmiyyətini vurğulayıb:“Düşünürəm ki, Təhsil Nazirliyi bu işi dərindən başa düşür və onun icrasına çalışır. Bu, uşaq yazıçısı kimi məni çox sevindirir. Belə olsa, yazıçılarımız, xüsusilə gənc yazarlar yeni əsərlər yaradar.”



Azərbaycan Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, “Kitabçı” jurnalının baş redaktoru Səlim Babullaoğlu 23 saylı tam orta məktəbdə təhsil naziri Mikayıl Cabbarovun  və Azərbaycanın dəyərli yazıçılarının iştirakı ilə keçirilən görüşün şagirdlərin mütaliə səviyyəsinin aşkar ediməsi nöqteyi-nəzərindən mühüm olduğunu qeyd edib: ”Təhsil naziri tərəfindən tədbirdə qaldırılan məsələlər çox vacib və doğru məsələlərdir. Hesab edirəm ki, mütaliə klublarının yaradılması, burada Azərbaycan, həm də dünya ədəbiyyatından olan müəlliflərin əsərlərinin mütaliəsi və müzakirəsinin təşkilini,eləcə də uşaqların mütaliəyə həvəsini gücləndirəcək, digər tərəfdən bütövlükdə oxu mədəniyyətinin formalaşması üçün dəyərli töhfələr verəcək.”



S.Babullaoğlu 23 saylı tam orta məktəbdə  yaradılan oxu klublarının, şagirdlərin debat aparması ənənəsinin digər məktəblərdə yaxşı bir ənənə kimi davam etdiriləcəyinə əminliyini ifadə edib. 



Tarixçi-alim, tarixi romanlar müəllifi Yunus Oğuz Təhsil Nazirliyinin hər iki layihəsinin uşaq və gənclərin mütaliəsinin yüksəldilməsində böyük rolu olacağını qeyd edib. Tarixçi-alım bildirib ki, təkcə nəsr və nəzm əsərlərinin deyil, həm də dəqiq elmlərlə bağlı mütaliə biliyin əsasıdır, başlanğıc hissəsidir. Mütaliənin gələcəkdə elmin və ədəbiyyatın, ümumilikdə cəmiyyətin inkişafına çox böyük təsir göstərəcəyini vurğulayan Y.Oğuz  nazirliyin  bununla bağlı təşəbbüsünü alqışladığını deyib: “Bütün Azərbaycan ziyalılarının, müəllimlərin, həkimlərin, məmurların bu işə qoşulmasını arzulayıram. Çünki mütaliə dövlətimizin əsasını gələcəkdə təşkil edəcək gənclərin formalaşdırılması deməkdir.”



Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcid Təhsil Nazirliyinin yeni layihəsini təqdir edib,bu layihənin şagirdlərin mütaliəyə həvəsinin artırılmasına, onların mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini nəzərə çatdırıb. R.Məcid bildirib ki, təhsil müəssisələrində mütaliə klublarının yaradılması şagirdlərdə oxuya marağın artırılmasına, onların oxuduqlarını müzakirə yolu ilə dəyərləndirməsinə səbəb olacaq. Düşünürəm ki,  bu layihə ölkəmizin bütün məktəblərində tətbiq olunacaq, yeniyetmə və gənclərimizin zehni inkişafını gücləndirəcək və yeni mütaliə mədəniyyətini formalaşdıracaqdır.”


Teqlər:
Bu xəbər cəmi 1165 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR