Bu sözləri açıqlamasında Bakı Metropolitenin QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O qeyd edib ki, qeyd olunan stansiyalarda təmir işləri bir neçə ay çəkəcək: “Çalışırıq ki, ən qısa müddətdə işləri yekunlaşdıraq. Dəqiq vaxt deyə bilməsək də, stansiyalarda təmir işlərinin 2015-ci ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur”.
N. Paşayev həmçinin son günlər metroda sərnişinlərin ciddi şəkildə yoxlanılması məsələsinə də aydınlıq gətirib. Bildirib ki, sərnişinlərin yoxlanılması normal qaydada aparılır: “Bu işlə Bakı Şəhər Polis İdarəsinin Metropolitendə Polis şöbəsinin əməkdaşları məşğul olurlar. Hər hansı təhlükənin olması barədə məlumatım yoxdur. Bütün işlər sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün nəzərədə tutulur”.
Bundan əlavə, N. Paşayev yeni il ərəfəsində Metropolitenin gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyəni də vurğulayıb: ”Hər il olduğu kimi bu il də 31 dekabr tarixində metro stansiyaları hər zamankındən fərqli olaraq gecə saat 01:00-a qədər sərnişinlərin üzünə açıq olacaq. Təbii ki, hər hansı dövlət tədbiri keçirilərsə və ehtiyac yaranarsa, bu müddəti bir az da uzatmaq mümkündür”.
2015- ci ildə Metroda həyata keçiriləcək işlər məsələsinə də toxunan N. Paşayev bildirib ki, metroya yeni qatarlar alınacaq: “ Həmin qatarların da ilkin olaraq yeni açılacaq “Avtovağzal” və şərti adı “Memar Əcəmi-2” olan stansiyalar arasında istifadə üçün nəzərdə tutulub. 15 vaqon üçün Fransanın “Alstom” şirkətilə müqavilə imzalanıb”.