Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dövlət xəstəxanası özəl klinikaya möhtac qalıb? - Səhiyyəmizdə rəzalət

Dövlət xəstəxanası özəl klinikaya möhtac qalıb? - Səhiyyəmizdə rəzalət
Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkimlərinin əksəriyyəti müraciət edən xəstələri müayinə olunmaq üçün yaxınlıqdakı “Şəfa” Müalicəvi Diaqnostik Mərkəzə göndərirlər.


Bu barədə Aktual.az-ın müxbirinə xəstələrdən bir neçəsi məlumat verib. Onlar qeyd ediblər ki, səhiyyəmizin ən böyük elmi-tibbi mərkəzində belə bir halın baş verməsi təəssüf doğurur:



 



"Anlaya bilmirik ki, avadanlıq olduğu halda, nə üçün Elmi-Cərrahiyyə Mərkəzinin həkimləri bizi yaxınlıqdakı “Şəfa” Müalicəvi Diaqnostik Mərkəzə göndərirlər? Bəlkə, həmin xəstəxanadan faiz alırlar? Həmin özəl klinikada müayinələr olduqca bahadır. Belə çıxır ki, kasıb, imkanı olmayan insanlar sağlamlığını itirməlidir?!"



 



Əldə etdiyimiz məlumata görə, özəl klinikaya müayinəyə göndərilən xəstələr həkimlərə etiraz edərkən onların kobud rəftarı ilə qarşılaşırlar. 



Məsələ ilə bağlı M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru ilə əlaqə saxladıq. O, Aktual.az-a açıqlamasında bildirdi ki, konkret olaraq həkimin adı təqdim olunarsa, tədbir görmək olar:



 



"Heç bir həkimin belə bir addım atmağa ixtiyarı yoxdur. Dövlət tərəfindən xəstəxanada müayinələr aparmaq üçün hər cür şərait yaradılıb. Əgər xəstələr həkimin adını desələr, həmin həkimlə bağlı lazımi tədbir görərik".



 



Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Qədirli də Aktual.az-a deyib ki, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi müayinə üçün bütün avadanlıqlarla təchiz olunub:



 



"Burada tam müasir avadanlıqlar, laboratoriya var. Hansısa həkim xəstəni müayinə üçün özəl klinikaya göndərirsə, bu, qanunsuz hərəkətdir".



Məlumat üçün bildirək ki, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru akademik Böyükkişi Ağayevdir.


Teqlər:
Bu xəbər cəmi 1280 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR