Məktubda İ. Əliyev Peşəvar şəhərində hərbi məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı xəbərinin bizi olduqca sarsıtdığını qeyd edib: “Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir.
Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.