Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda narkoman avtobus sürücüləri var – Deputatdan ŞOK açıqlama

Bakıda narkoman avtobus sürücüləri var – Deputatdan ŞOK açıqlama
Avtobus sürücülərinin 8 saatdan çox işləməsi ilə bağlı müzakirələr aparılır


«Bəzi avtobus sürücüləri 16 saat işləyirlər. Vətəndaşlar arasında belə bir söhbət gəzir ki, hətta avtobus sürücüləri yorğunluqlarını aradan qaldırmaq üçün nakotik vasitələrdən istifadə edirlər”. Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışında deyib. O bildirib ki, xarici ölkələrdə sürətli nəqliyyat idarə edənlər cinayət məsuliyyətinə cəlb edilir: “Xaricdə olarkən avtobusdan istifadə elədik, gördüm ki, sürücü heç yerdə sürəti artırmadı. Bizə təəccüblü gəldi. Məllum oldu ki, sürücüdə kart var və bu kartı avtobusun içinə quraşdırılmış cihazda qeydiyyatdan keçirir. Bu deməkdir ki, əgər sürücü 8 saatdan artıq işləsə və sürət həddini aşsa, avtobusun mühərriki sönür. Sürücü qanunsuz yolla əldə etdiyi ikinci bir kartdan istidafə etsə, bu zaman yol polisləri onlarda olan cihazlar vasitəsilə bunu müəyyən edirlər”.



Deputat qeyd edib ki, bizdə də bu məsələyə baxılmalıdır. Millət vəkilinin fikrincə, avtobuslarda xüsusi cihazlar quraşdırmalıdır: “Polis nə qədər fəaliyyət göstərsə də bütövlükdə sərnişindaşımaya texniki nəzarət etmək mümkün deyil”.



Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov isə bu məsələyə münasibət bildirib. O qeyd edib ki, həqiqətən Qərb ölkələrinin əksəriyyətində rəqəmsal topoqraflar qurulur və bu, nəqliyyat vasitəsinin hərəkətinə nəzarət edir:



“Artıq Nəqliyyat Nazirliyində avtobus və sərnişindaşımada topoqrafların tətbiqi ilə bağlı işlər görülür. DİN və Nəqliyyat Nazirliyi birgə iş aparır. Bununla belə avtobus sürücülərinin 8 saatdan çox işləməsi ilə bağlı da müzakirələr aparılır. Nəqliyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür. Yaxın vaxtlarda sərnişin daşıma ilə bağlı köklü surətdə dəyişikliklər aparılacaq”, - deyə R.Hüseynov söyləyib.



 


Teqlər:
Bu xəbər cəmi 1135 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR