Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda ən çox və ən az maaş alanlar - SİYAHI

Azərbaycanda ən çox və ən az maaş alanlar - SİYAHI
Azərbaycanda neftçilərin maaşı həkimlərdən 9 dəfə, müəllimlərdən 6 dəfə artıqdır. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən bildirilib. Komitənin məlumatına görə, Azərbaycan ən yüksək maaş alanlar mədənçıxarmə sənayesində işləyənlərdir. Neft-qaz işçilərinin orta aylıq əmək haqqı 1717 manatdır. Səhiyyə sahəsində çalışanların orta əmək haqqı isə bundan 8,8 dəfə az, yəni 195 manat təşkil edir. Əmək haqqının həcminə görə, ikinci yeri bank-sığorta işçiləri tutur. Maliyyə-sığorta sahəsində çalışanların orta aylıq əmək haqqı 1172 manatdır və bu, ölkə üzrə orta orta göstəricini təxminən 2,7 dəfə üstələyir. Əmək haqqının həcminə görə, sonrakı yerləri informasiya və rabitə işçiləri (736 manat), peşə, elmi və texniki fəaliyyətlə məşğul olanlar (657 manat) və tikintidə çalışanlar (626 manat) tutur. Azərbaycanda ən az maaş alanlar isə səhiyyə işçiləri və sosial xidmətlərin göstərilməsi ilə məşğul olanlardır. Bu təbəqə ayda cəmi 195 manat qazanır. Orta maaş göstəricisi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 238 manat, istirahət, əyləncə və incəsənət sahəsində 249 manat, təhsil sahəsində 297 manat, daşınmaz əmlak sektorunda 319 manatdır. Dövlət idarələrində, müdafiə, sosial təminat sahəsində işləyənlərin orta aylıq əmək haqqı isə 475 manatdır.

























































































Fəaliyyət növlərinin adı




Manat




Mədənçıxarma sənayesi




1717,3




Maliyyə və sığorta fəaliyyəti




1172,0




İnformasiya və rabitə




735,8




Peşə, elmi və texniki fəaliyyət




657,2




Tikinti




626,1




İnzibati və yardımçı xidmətlərin göstərilməsi




550,3




Nəqliyyat və anbar təsərrüfatı




537,8




Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı




490,6




Emal sənayesi




485,4




Dövlət idarəetməsi və müdafiə; sosial təminat




475,1




Turistlərin yerləşdirilməsi və ictimai iaşə




459,9




Ticarət; nəqliyyat vasitələrinin təmiri




373,6




Su təchizatı, tullantıların təmizlənməsi və emalı




331,3




Daşınmaz əmlakla əlaqədar əməliyyatlar




319,3




Təhsil




296,8




İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət




249,3




Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq




237,7




Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi




195,4




Digər sahələrdə xidmətlərin göstərilməsi




395,3




Orta hesabla




441,8



 


Teqlər:
Bu xəbər cəmi 1865 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR