Daxil olan məlumata görə, Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 16 dekabr 2014-cü il tarixdə gün ərzində Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Bülbül və Xətai prospektləri, S. Əsgərova, S.Vurğun, A.Qurbanov, C.Məmmədquluzadə, S.Rəhimov, Topçubaşov, R.Rza, Mərdanov qardaşları küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.