Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara bölgəsində az yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə isə dekabrın 16-da Abşeron yarımadasında antisiklon hava tipi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Dekabrın 17-18-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin əsməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.