Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı əhalisinin fiziki aktivlik məşğulluğu üzrə araşdırma keçirilib

Bakı əhalisinin fiziki aktivlik məşğulluğu üzrə araşdırma keçirilib
Azərbaycan Səhiyyə Nazirliyi, “Ümid” İctimai Birliyi və “Coca-Cola”nın “Sağlam ol!” birgə araşdırma layihəsi çərçivəsində Bakı əhalisi arasında sağlam həyat tərzinə dair sosioloji sorğu keçirilib.


Sorğu yaşı 18-64 arası, Bakı və şəhər ətrafı ərazilərdən olan 1 000 nəfərdən artıq əhalini əhatə edib ki, respondetlərdən 49%-i qadın, 51%-i isə kişi idi. Aparılan araşdırma sağlam həyat tərzinin populyarlaşdırmasının zəruriliyini, ona mane olan səbəbləri, həmçinin əhalinin fiziki aktivliyə ümumi yanaşmasını müəyyən edib.



“Fəal və sağlam həyat tərzi daha xoşbəxt yaşamağa gətirib çıxarır və bu, bütün cəmiyyətin xeyir götürə biləcəyi bir şeydir. “Coca-Cola”nın prioritet istiqamətlərindən biri insanları, onların ailələrini və icmaları fəal və sağlam həyat tərzinə təşviq etməklə, dayanıqlı cəmiyyətlərin yaratmasıdır. Məhz bu səbəbdən “Coca-Cola” hər bir ölkədə insanları bu kimi fiziki proqram və layihələrdə iştirak etməyə cəlb edir, o baxımdan ki, biznes yalnız dayanıqlı cəmiyyətlərdə dayanıqlı ola bilər”, - deyə "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə ictimaiyyətlə əlaqələr üzrə meneceri OleqPiletski bildirib.



“Sağlam ol!” layihəsinin məqsədi cavabların dinamıkliyini ölçərək əhalinin sağlam həyat tərzinə qarşı münasibətini müəyyən etmək üçün sosial araşdırma keçirməkdir. Məqsədlərə çatmaq üçün araşdırma əhalinin sağlam həyat tərzi haqqında maarifləndirilməsi vəonların sözügedən həyat tərzinə riayət etməsi; insanları sağlam həyat tərzinə riayət etməyə nə həvəsləndirir; sağlam həyat tərzinə mənfi təsir edən vərdişlər və onların aradan qaldırılması; tibb sahəsində Bakı sakinlərinin biliklərinin müəyyən edilməsi və onların hansı tibbi xidmətlərdən istifadə etməsi və bu kimi mövzuları əhatə edib.



“Bu cür araşdırmanın keçirilməsi məni çox sevindirdi. Hesab edirəm ki, bu, gələcəkdə də analoji sorğuların təşkilində əsasını qoyacaq. Əhalinin öz sağlamlıqlarına, sağlamlığı qoruyan alətlərə olan münasibətini öyrənmək və sağlam həyat tərzi sürməyən insanların əsas səbəblərini anlamaq olduqca vacibdir. İnsan üçün sağlam həyat tərzinin mənasının yenidən qiymətləndirmək çətindir. Bizim əsrdə - bu, bir çox xəstəliyin profilaktikası və immun sisteminin möhkəmləndirilməsi üzrə əsas alətlərdən biridir”, - deyə Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli bildirib. 



Sorğu idmanla, güclü və orta səviyyəli fiziki fəaliyyətlərlə məşğul olan əhalinin orta göstəricisini, həmçinin əhalinin sağlam həyat tərzinə ümumi yanaşmasını, nəqliyyatdan istifadəni, sağlam qidalanmanı və s. müəyyən edib. 



Araşdırmanın nəticələrinə əsasən, sorğu iştirakçılarının 83%-i güclü fiziki fəaliyyətlərlə, 70%-i isə orta səviyyəli fiziki aktivliklə belə məşğul olmur. Bu cür fəaliyyətlərlə məşğul olanların həftəlik orta göstəricisi 1,5 gün təşkil edir. Respondentlərin 16%-i pəhriz saxlayır.



“Sağlam həyat tərzi bizə qarşımıza qoyduğumuz məqsədlərə çatmağa, planlarımızı uğurla həyata keçirməyə və çətinliklərin öhdəsindən gəlməyə yardım edir. İnsan tərəfindən möhkəmləndirilən və qorunan sağlamlıq ona sevinc dolu uzun ömür yaşamağa imkan yaradır. Orqanizmə düzgün münasibət göstərmək və onu tonusda saxlamağı hər kəs bilməlidir”, - deyə “Ümid” İctimai Birliyinin icraçı direktoru İsrail İsgəndərov qeyd edib.



Sorğu onu da müəyyən edib ki, respondentlərin demək olar hamısı (96%-i) piyada gəzintiyə hər gün orta hesabla 10 dəqiqə ayırır. Bundan başqa, sorğu iştirakçılarının demək olar ki, yarısı həkimə yalnız ciddi sağlamlıq problemləri olanda gedirlər. Respondentlərin 36%-i ildə bir dəfə həkimə ümumi yoxlamaya (“checkup”) və 56%-i ümumi müayinəyə gedirlər.



Əldə olunmuş göstəricilərə əsasən tərəfdaşlar müntəzəm və davamlı fiziki aktivliyə üstünlük verərək Azərbaycanda sağlam həyat tərzinin təbliğatı üçün effektli yolların hazırlanması üzərində işləyəcək.


Teqlər:
Bu xəbər cəmi 930 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR