Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 16-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.