Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

YAP-dan Müsavatın mitinqinə- Reaksiya

YAP-dan Müsavatın mitinqinə- Reaksiya
“Müsavat partiyasının bu gün keçirdiyi mitinq bir daha onu göstərdi ki, artıq bunların Azərbaycan cəmiyyətində nəinki dəstəyi, heç hörməti də qalmayıb”.


Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəliki Siyavuş Novruzov deyib.



S.Novruzov qeyd edib ki, Müsavat partiyasının malik olduğu sosial baza, elektorat bundan ibarətdir:



"Uzun mddətdir guya mitinqlərə hazırlıqla bağlı müxtəlif bəyanatlar verirdilər, populyar mövzular axtarırdılar ki, kimləri cəlb edə biləcəklər, xarici təşkilatları bu işlərə cəlb edib onlardan maliyyə alacaqlar, amma nəticə etibarı ilə jurnalistlər, təhlükəsizlik xidmətinin əməkdaşları da daxil olmaqla mitinqdə 400-dən bir az çox adam var idi. Bu bir daha onu göstərir ki, insanlarda bunlara heç bir inam yoxdur”.



S.Novruzov əlavə edib ki, bu mitinq həm də onu təsdiq etdi ki, Müsavat partiyasının daxilində çox böyük ziddiyətlər var: 



"Bütün bunlar həm partiyanın parçalanması, həm ümumiyyətlə cəmiyyətin artıq bu partiyalara etimadının olmaması, sosial bazanın, elektoratının olmaması, partiya daxilində islahatların aparılmaması və cəmiyyət üçün lazım olan hər hansı bir ideyanın, fikirin, yeniliyin gətirəlməməsindən irəli gəlir”.


Teqlər:
Bu xəbər cəmi 1205 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR