Siyahıya 650 000 dollarlıq avtomobil yekun vurur.
Bahalı yolsuzluq avtomobillərinə hər zaman böyük tələbat olub.
Oxu.Az xəbər verir ki, bu tip avtomobillər müştəriləri öz böyük ölçüləri, yüksək keçim qabiliyyətinə malik olması və sərnişinlər üçün daha çox yer ayrılması ilə cəlb edir.
2014-cü ildə satılan ən bahalı avtomobillərin siyahısını təqdim edirik:
10. “Toyota Land Cruiser”, istehsal ili 2014: 98 000 dollar
“Land Cruiser” 316 at gücündə 4,6 litr həcmli V şəklli mühərriklə təchiz olunub.
9. “Lexus LX 570”, istehsal ili 2014: 135 000 dollar
Bu yolsuzluq avtomobili 383 at gücündə 5,7 litr həcmli 8 silindirli mühərriklə təchiz olunub.
8. “Cadillac Escalade”, istehsal ili 2014: 139 000 dollar
“Cadillac Escalade” 557 at gücündə 6,2 litr həcmli mühərriklə təchiz olunub.
7. “BMW X6-M” istehsal ili 2014: 140 000 dollar
“BMW X6-M” 555 at gücündə 4,4 litr həcmli mühərriklə təchiz olunub.
6. “Land Rover Range Rover Sport Autobiography”, istehsal ili 2014: 160 000 dollar
“Range Rover Sport” avtomobili 510 at gücündə 5 litr həcmli mühərriklə təchiz olunub.
5. “Porsche Cayenne Turbo-S”, istehsal ili 2014: 195 000 dollar
“Porsche”-nin bu modeli 550 at gücündə 4,8 litr həcmli mühərriklə təchiz olunub.
4. “Mercedes-Benz GL 63 AMG”, istehsal ili 2014: 220 000 dollar
“Mercedes-Benz GL” 550 at gücündə 5,5 litr həcmli mühərriklə təchiz olunub.
3. “Mercedes-Benz Gelandewagen 63 AMG”, istehsal ili 2014: 235 000 dollar
Əfsanəvi “Gelandewagen” 5,5 litr həcmli mühərriklə təchiz olunub.
2. “Land Rover Range Rover Autobiography Long”, istehsal ili 2014: 275 000 dollar
“Range Rover Autobiography Long” 503 at gücündə 5 litr həcmli mühərriklə təchiz olunub.
1. “Mercedes-Benz G63 AMG 6×6”, istehsal ili 2014: 650 000 dollar
“Mercedes-Benz G63 AMG 6×6”-nın hündürlüyü 2,4 metr, uzunluğu 5,8 metr təşkil edir. Bu modeldə 3 ox mövcuddur, onlara 6 təkər yerləşdirilib. “G63 AMG 6×6” 544 at gücündə 5,5 litr həcmli mühərriklə təchiz olunub.
Qeyd edək ki, avtomobillərin qiymətləri maksimal komplektasiyada göstərilib.