Reytinq cədvəlini France-Presse Agentliyi hazırlayıb. Bu işdə 380 jurnalist iştirak edib.
Siyahıda eyni zamanda Papa Fransisk, Nobel mükafatçısı Malala Yousifzai, Honkonqdakı etiraz aksiyalarının başçılarından biri Coşua Vonq və İŞİD tərəfindən öldürülən amerikalı jurnalist Ceyms Folinin valideynlərinin də adı var.
France-Presse bununla artıq ikinci dəfədir ki, dünyanın ən seçilən şəxslərnin siyahısını hazırlayır. 2013-cü ildə reytinq siyahısının lideri ABŞ-ın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden idi.
Qeyd edək ki, Vladimir Putin bu ilin noyabrında məşhur Forbes jurnalının ən nüfuzlu şəxslər siyahısına da başçılıq edirdi.