Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kəlbəcərli girovlarla bağlı Avropa komissarına- Müraciət

Kəlbəcərli girovlarla bağlı Avropa komissarına- Müraciət
Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinin İnsan Hüquqları komissarı Nils Muiznieksə müraciət ünvanlayıb. 10 dekabr - Beynəlxalq İnsan hüquqları günü ilə əlaqədar edilmiş müraciətdə Dağlıq Qarabağda girov götürülən və barələrində qondarma məhkəmə prosesi aparılan soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərov barədə məlumat verilir.


Müraciətdə Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, Azərbaycan torpaqlarının azad edilməsinə dair BMT-nin qəbul etdiyi qətnamələr xatırladılır. Daha sonra 2014-cü il iyulun 12-də doğulduqları torpaqlarda əzizlərinin məzarını ziyarət etməyə gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun girov götürülməsi,  Həsən Həsənovun isə öldürülməsi faktı vurğulanır. Müraciətdə həmçinin, qondarma rejimin bu insanlarla bağlı “məhkəmə” prosesinə başlamasının qanunsuz olduğu bildirilir.



 Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq  İnsan hüquqları günündə Avropa ictimaiyyətini insan hüquqlarının norma və prinsiplərinin pozulmasına biganə qalmamağa çağırıb. Azərbaycanlı girovların həyatının hər an təhlükədə olduğu vurğulanan müraciətdə təşkilat Şahbaz Quliyev və Dilqəm Əsgərovun pozulmuş hüquqlarının bərpası istiqamətində yardım göstərilməsini tələb edir.



 “Biz dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğal siyasətinə münasibət bildirməyə, insanların pozulmuş  hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırırıq” – AAK-ın Avropa Parlamentinin İnsan Hüquqları komissarı Nils Muiznieksə müraciətində belə deyilir.


Teqlər:
Bu xəbər cəmi 1250 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR