Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ev almaq istəyənlərə şad xəbər

Ev almaq istəyənlərə şad xəbər
Vüqar Bayramov: “Rusiyada və dünya bazarında baş verən proseslər onu deməyə əsas verir ki, durğunluq davam edəcək, qiymət azalmaları olacaq”


Dünya bazarında neftin qiymətinin 66 dollara düşməsi və Rusiyada yaşanan iqtisadi böhran Azərbaycanda mənzil bazarına da təsirsiz ötüşməyib. Bakıda evlərin əsas alıcılarının Rusiyada yaşayan soydaşlarımız olduğundan, indi onların bu ölkədə yaşanan iqtisadi böhran səbəbindən çətin duruma düşməsi Azərbaycanda mənzillərin ucuzlaşmasına səbəb olub. Hazırda satışa çıxarılan və kirayə təklif olunan evlərin qiymətində nə dəyişikliklər var? 



Mənzil bazarındakı son durumu öyrənmək üçün Bakının Nizami rayonunda yerləşən bəzi “ofis”lərə baş çəkdik.



Makler Həsənağa Alcanov deyir ki, mənzil bazarında alıcılıq qabiliyyəti sıfıra yaxınlaşıb: “Qiymətlərdə enmə var, daşınmaz əmlak təxminən 5-7% ucuzlaşıb. Bazarda təklif olunan evlərin də əksəriyyəti Rusiyada yaşayan azərbaycanlıların evləridir. Burada satıb pulunu oraya göndərirlər. Orada iqtisadi böhran yaşandığına görə, pula ehtiyac var və məcbur qalıb buradakı evlərini satırlar. Burada yaşayan insanlar isə evlərini ucuz satmırlar. Kirayə qiymətlərində, hələ ki, ucuzlaşma müşahidə olunmur. Bu adətən may-iyun ayında bölgələrdən gələn tələbələr qayıtdıqdan sonra baş verir. Dərs ili bitən kimi tələbələr evləri boşaldır və qiymətlər demək olar ki, 50% ucuzlaşır”. 



Ev alqı-satqısı ilə məşğul olan Sərdar Cavadov da təsdiqləyir ki, mənzillərin qiymətində nəzərə çarpacaq dərəcədə ucuzlaşma var: “Təxminən 2000-3000 manat ucuzlaşma müşahidə olunur. Ev satmaq istəyən çoxdur, alıcı isə demək olar ki, yoxdur. İnsanların vəziyyəti pisdir, heç kimin nağd pulu yoxdur ki, ev alsın” .



S.Cavadov da ucuzlaşmada Rusiya faktorunun rolundan danışır. 



Nizami rayonunda, “Neftçilər” metrosu yaxınlığında yerləşən və “makler bağı” kimi tanınan parkda toplaşan ev dəllalları da mənzil bazarında ucuzlaşma olduğunu təsdiqlədilər. 

Maklerliklə məşğul olan Rəfiqə Həsənova da deyir ki, bazarda alıcı qıtlığı yaşanır: “Əvvəllər 95 min manata satılan mənzillər indi 70 min manatdan təklif olunur. “Leninqrad proyektli” mənzillər əvvəllər 110 min manata satılırdı, indi 90-95 min manata satılır. Kirayələrin qiyməti isə qalxıb. Çünki rayonlardan müraciət edənlər çoxdur. Rusiyadan, Ukraynadan, Belarusiyadan qayıdan ailələr kirayə ev axtarır. İki otaqlı, tam şəraitli, əşyalarla təmin olunmuş mənzillər 350-400 manata kirayə verilir”. 



Mənzil bazarındakı durumun səbəbini izah edən iqtisadçı ekspert Vüqar Bayramov da bildirdi ki, alıcılıq qabiliyyətinin azalması qiymətlərə təsir edib: 



“Bizim mənzil bazarında apardığımız monitorinqlər də göstərir ki, bazarda alıcıların sayında azalma var. Mənzil bazarında alıcı qıtlığı, tələbatın azalması müşahidə olunur. Bu da qiymətlərə təsirsiz ötüşməyib. Bizim monitorinqlərimiz göstərir ki, oktyabr və noyabr aylarının yekunlarına nəzər salsaq artıq dekabr ayında qiymət azalmaları müşahidə edilir. Ancaq alıcı az olduğuna görə, qiymətlərin azalması çox da nəzərə çarpmır. Satışa çıxarılan evlərin nominal qiyməti dəyişməyib. Amma real qiymət azalıb. Yəni, real alıcı ev almaq istəyirsə o zaman nominal qiymətdən daha aşağı qiymətə təklif olunur. Məsələn, 350 min manata öz mənzilini təklif edənlər real alıcı tapanda, noyabr ayında 330 min manata satırdısa, dekabrda artıq 300 min manata belə razılaşırlar. Rusiyadan Azərbaycana gələn vəsaitlərin azalması mənzil bazarına təsir göstərib. 



Güman olunur ki, 2015-ci ildə Rusiyadan gələn vəsaitlər 30% azalacaq, 700 milyon manata düşəcək. Nəzərə alsaq ki, mənzil bazarında formalaşan tələbin təxminən 30%-i Rusiyadan gələn azərbaycanlıların payına düşürdü ki, bu tələb artıq yoxdur. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi səbəbindən vətəndaşlar artıq qənaətə üstünlük verirlər”. 



Ekspert onu da bildirdi ki, növbəti aylarda da mənzil bazarında durğunluq davam edəcək və indiki halda durğunluğun azalması üçün heç bir iqtisadi əsas yoxdur: “Artıq il başa çatır. Adətən dekabr-yanvar ayında ipoteka proqramı təsdiq olunur. Bu da tələbin azalmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq. Bu baxımdan Rusiyada və dünya bazarında baş verən proseslər onu deməyə əsas verir ki, durğunluq davam edəcək, qiymət azalmaları olacaq. Kirayə bazarında da durğunluq var, ancaq qiymət azalmaları müşahidə olunmur”. 



"Yeni Müsavat"


Teqlər:
Bu xəbər cəmi 1595 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR