Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Ali Neft Məktəbi İSO-nun 3 istiqaməti üzrə sertifikat aldı

Bakı Ali Neft Məktəbi İSO-nun 3 istiqaməti üzrə sertifikat aldı
Bakı Ali Neft Məktəbində beynəlxalq standartların tətbiqinə başlanılıb.


Bakı Ali Neft Məktəbində Türk Standartları İnstitutunun (TSİ)  auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçiriblər. Bir həftə ərzində keçirilən audit yoxlanışından sonra BANM-in konfrans zalında auditin yekun nəticələrinin açıqlanmasına dair iclas olub. İclasda BANM-in rektoru Elmar Qasımov, Türk Standartları İnstitunun Keyfiyyət və Sistemin sertifikalaşdırılması departamentinin nümayəndəsi Mehmet Ali Dönməz, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov  və BANM-in professor-müəllim heyəti iştirak edib.  



İclası açan BANM-in rektoru Elmar Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbinin əsas missiyası milli qanunvericiliyə uyğun olaraq, vətənpərvərlik və dövlətçilik prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirməkdir.



İclasda auditin nəticələri geniş şəkildə müzakirə olunub, müəyyən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, BANM-də vəzifə standartları, laboratoriyalarda, şöbələrdə təhlükəsizlik tədbirləri, tədris metodları standartları, tələbələrin elektron qeydiyyatı ilə bağlı Ali Məktəbdə görülən işlər məqsədə müvafiq hesab olunub. Bununla yanaşı, qarşılıqlı irad, təklif və tövsiyələr səsləndirilib. 



Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçisi Selim Çelebi Bakı Ali Neft Məktəbində  bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək Ali Məktəbdə olan idarəetmə sisteminin, tədris prosesinin təşkilinin müasir tələblərə və standartlara uyğun olduğunu xüsusi olaraq qeyd edib.



Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartların üç istiqaməti üzrə uyğunluq sertifikatın verilməsi ilə bağlı yekun qərar verildiyi elan olunub.



Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə -  ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olub.


Teqlər:
Bu xəbər cəmi 1150 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR