Bu barədə qərar Albaniyada keçirilən Dünya Gənclər Birliyinin (World Assembly of Youth) XVI Baş Məclisinin iclasında qəbul edilib. “Böyük İpək Yolu” BGİ məşvərətçi səs hüququ ilə təşkilata daxil edilib. Buna qədər cəmi 9 ölkəni təmsil edən gənclər təşkilatı Dünya Gənclər Birliyinin üzvü olub. Bu sırada Avropanı təmsil edən yalnız Avropa Gənclər Forumudur. “Böyük İpək Yolu” quruma qəbul edilən 10-cu təşkilatdır.
Qeyd edək ki, “Böyük İpək Yolu” BGİ Dünya Gənclər Birliyinin Albaniyada keçirilən “Gənc Liderlərin Uğurları: Keçmiş və Gələcək” mövzusunda keçirilən iclasında iştirak edir. Konfransda “liderlikdə gənclər bərabərliyi”, “iqtisadi inkişaf prosesində liderliyin gücü”, “liderliyin inkişafında gənclər təşkilatlarının rolu”, “gənc nəslin formalaşmasında keçmiş liderlərin rolu” mövzularında plenar iclaslar keçirlib. “Böyük İpək Yolu” BGİ-ni katibliyin nümayəndəsi Aytən Əliyeva və təşkilatın Albaniyadan olan üzvü təmsil edir. 7 dekabrda öz işinə başlamış konfrans dekabrın 11-də öz işini yekunlaşdıracaq.
“Dünya Gənclər Birliyi” 1949-cu ildə yaradılıb. Qurumda 124 ölkə təmsil olunur.
“Böyük İpək Yolu” BGİ 2012-ci ildə Bakıda ipk yolu üzərində yerləşən 27 ölkəni təmsil edən gənclər tərəfindən təsis olunub.