Yarışın Təşkilat Komitəsindən “apasport.az”a verilən məlumata görə, iyunun 12-də saat 20:15-də başlayacaq tədbir Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi şəhərin müasir Avropanın həyatındakı rolunu əks etdirəcək.
Milli Stadionda olacaq açılış mərasiminin yarışlarda iştirak edəcək bütün idmançılarda qürur hissi yaradacağı da bildirilir. Bakı-2015-in mərasimlər üzrə direktoru xanım Katerin Uqvunun sözlərinə görə, Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şouda 6 min könüllü iştirak edəcək: “Açılış mərasimində Azərbaycan incəsənətinin, mədəniyyətinin və nailiyyətlərinin ən böyük uğurları nümayiş etdiriləcək və idmançılar Bakıda salamlanacaq. Bu qədər həvəsli iştirakçını bir arada görmək mükəmməl bir hissdi və əminəm ki, gələn dinləmələrdə daha çox sayda iştirakçını görəcəyik”.
Afina-2004-ün mərasimlərinin bədii direktoru qismində gördüyü işlərlə böyük rəğbət qazanmış Dimitris Papaioannou iştirakçı dinləmələrinə başladıqları üçün çox həyəcanlı olduqlarını və növbəti həftələrdə daha çox könüllünü görməyə ümid edir.