Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Elşad Abdullayevin cinayət işi məhkəməyə göndərildi

Elşad Abdullayevin cinayət işi məhkəməyə göndərildi
Azərbaycan Beynəlxalq Universitetinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işinin materiallardan həmin universitetdə dekan vəzifəsində işləmiş İsmayıl Məmmədovun barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, istintaq zamanı universitetin Dövlət və bələdiyyə idarəetməsi, Tarix və ictimaiyyət fakültələrinin dekanı vəzifəsində işləmiş İsmayıl Məmmədovun Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olması müəyyən edilib.


 


Onlar külli miqdarda rüşvət almaq məqsədi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən ayrı-ayrı şəxslərin Ukrayna və Rusiya Federasiyasının müxtəlif ali təhsil müəssisələrində təhsil almaları barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədləri tərtib ediblər. 


 


Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinin müxtəlif fakültələrinə II kursdan köçürülmələrini aparmaqla həmin şəxslərdən 68 min 300 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.


 


Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


 


Hazırda Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və qeyriləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Teqlər:
Bu xəbər cəmi 2055 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR