Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Şpaqat” və həyat yoldaşını belinə mindirənlər...

“Şpaqat” və həyat yoldaşını belinə mindirənlər...
Konsepsiya olmayanda əlac ancaq "şpaqat"a qalır...


Lent.az saytı Azərbaycan teleefirinin vəziyyəti haqda maraqlı məqalə hazlırlayıb. “Yenimeydan.info” həmin yazını təqdim edir:



Azərbaycan efiri yenə gündəmdə və müzakirədədir. Səbəb? Aparıcı Mətanət  efirdə "şpaqat" açıb və deyib ki, bunu efir naminə edir. Doğru demədiyini və səmimi olmadığını söyləməyə heç bir əsasımız yoxdu. 



Onsuz da Azərbaycan efiri gündəmə belə gəlir: ya aparıcı "şpaqat" açır, həyat yoldaşını belinə mindirir, ya da efirdə kabab bişirib, tüstüsünü ərşə qaldırırlar, ya, ya, ya...



Doğrudanmı, bizim efiri baxımlı eləmək üçün bundan o yanası mümkün deyil? Gerçəkdənmi, tamaşaçı ancaq yırtıqlı əlbisəsi ilə "şpaqat" açan, ya da efirində müğənninin saçyoldu mərasimini təşkil edən aparıcıya və verilişə baxır? Və ən əsas sual: niyə bütün TV-lər eynisini edir?



Efir konsepsiyası



Tamaşaçı arasında sorğu keçirmək olar: "Azərbaycan televiziyalarının bir-birindən fərqi nədir?". Əmin olun ki, cavab birmənalı belə olacaq: "heç nə!". Doğrudan da heç nə!



Azərbaycan Dövlət Televiziyasını çıxmaq şərtilə digər televiziyaların hamısında eyni efir konsepsiyası tətbiq olunur. Lap dəqiqi heç bir konsepsiya-filan tətbiq olunmur. Yalnız dövlət televiziyası tamaşaçı üçün rəsmi xəbərin, ölkə rəhbərliyinin fəaliyyətinin işıqlandırıldığı və ciddi siyasi diskussiyaların keçirildiyi məkandı. Eyni sözü AZTV-nin nəzdində yaradılmış ixtisaslaşmış idman və mədəniyyət kanalları ilə bağlı da demək olar. Əlbəttə, bu AZTV-nin tam peşəkar, ölkə çoxluğunun rəğbətini qazanmış televiziya statusunu qazandığı, uğurlu xəbər siyasəti yeritdiyi anlamına da gəlmir. Kifayət qədər müzakirə olunacaq, deyiləcək problem var. Amma etiraf edilməlidir ki, bu gün AZTV yeganə televiziyadır ki, onun digərlərindən fərqlənən efir siyasəti və konsepsiyası var. Tamaşaçı niyə "Xəzər"ə, "Space"ə, "ATV"-yə deyil, məhz AZTV-yə baxmalı olduğunu bilir. Məsələn, tamaşaçı dəqiq bilir ki, heç vaxt AZTV-nin efirində aparıcı "şpaqat" açmayacaq, ya da kabab bişirməyəcək. Eyni şeyləri qismən İTV haqqında da demək olar.



Digər televiziyaların hamısında isə eyni halla qarşılaşmaq olar. Çünki yarış bir-birindən fərqlənmək deyil, bir-birinə bənzəmək, kimin daha çox şitlik eləməsi uğurunda gedir. Allah eşqinə, özəl televiziyaların yanaşması, efir davranışları, tamaşaçıya təqdim etdikləri "şou" arasında peşəkarlıq, rəngarənglik, efir estetikası baxımdan hansı fərq var ki? Hamısı efirdə müğənni "döyüşdürür", sonra acıqlı müğənniyə bir-iki mahnı oxutdurur, cız-bız bişirir, ağlatdırır, məişət səviyyəsində müzakirə aparır, cadu çıxarır, dua yazdırır... Bəlkə bundan başqa nəsə var, biz tamaşaçılar görmürük? Bir kanalda Gülbacını əri atıb gedir, qaynanası birgə yaşamaqlarına imkan vermir, 5-6 nəfər də yığılıb bunu müzakirə  edir, o biri kanalda Gülsənəmin analoji taleyinin həlli uğrunda "ölüm-dirim" savaşıdı. Ancaq adlar fərqlidir. Çox vaxt "ehkam kəsənlər" də eyni olur. Əgər bir neçə kanal bir-birinin təkrarıdırsa, onda tamaşaçı "pultu" əlinə alıb, kanalı dəyişməyə də haqlı olaraq ərinir və zaman keçdikcə də marginallaşmış efirdən imtina edir.



Eyni vəziyyət xəbərlərə də aiddir. Reallıq budur ki, televiziyaların bölgə müxbirləri bir-biri üçün işləyir. Hadisə yerinə toplu halda gedirlər, hətta xəbəri göndərilmə dəqiqəsinə görə bir-birindən fərqlənməyi "satqınlıq" hesab edirlər. Eyni prinsiplər Bakı üçün də keçərlidir. Bütün tədbirlər agentliklərdən və ya saytlardan copy-paste edilməklə hazırlanır. Ona görə də bir neçə yaraşıqlı xanımın və ya bəyin səsindən eyni ifadələri, eyni mətnləri dinləyir, eyni görüntülərə baxmalı oluruq.



Tamaşaçı isə fərqlilik axtarır. Bir az fərqli nəsə deyə bilən olanda artıq bu xüsusi hadisəyə çevrilir. Məsələn, Mirşahinin həftədə, iki həftədə bir hazırladığı reportajlar müzakirə mövzusudur. Niyə? Çünki orda qeyri-adi olmasa da, özəl yanaşma var.



İndi efirlərə fərqlilik verən yalnız bir amil ola bilərdi. O da dövlətin ayırdığı vəsaitlə çəkilən seriallar. Bu məsələ Azərbaycanda kino sənayesinin inkişafı, bu sahənin yenidən ayağa qalxması, yeni kino nəslinin yetişməsi üçün çox əla fürsətdi. Yəqin ki, zaman keçdikcə ölkə mədəniyyəti bu addımdan öz töhfəsini alacaq, yeni üzlər ortaya çıxacaq.



Amma çox təəssüf ki, artıq tv-lərin bu sahədə də yarışı başlayıb. Az qala bütün televiziyalardakı seriallar bir-birinin təkrarı, oxşar ssenarilər, ya çox ucuz, az pulla başa gələn "komediyalar", ya da "nakam sevgi ssenariləri"dir.



Və bu kiçik təhlildən sonra ortaya çıxan əsas sual budu: bu televiziyaların bir-birindən fərqi nədi? Bu tv-lərin hamısı "şou-biznes"lə, ailədaxili dramlarla maraqlanan tamaşaçıya hesablanıb. Bəs tarixlə, ədəbiyyatla, sosial problemlə, ciddi diskussiyalarla, təbiətlə və sair çoxlu maraq dairəsi olan tamaşaçı da var axı. Kütləvi informasiya vasitəsi cəmiyyətin bütün təbəqələrinin maraqlarına cavab verməlidir. Bəs bu maraqları olan tamaşaçı hara baxsın? Hansı ki bu tamaşaçı daha çox pulu, alıcılıq qabiliyyəti olan, cəmiyyətin idarə  edilməsində rol alan hissədir. Və bu o auditoriyadır ki, baxmaq, düşünmək, müzakirə eləmək istəyir, eyni zamanda məlumatsız, informasiyasız qala bilmir. Onda o auditoriya marağını təmin etmək üçün internetə və ya xarici ölkələrin TV-lərinə, transmilli mediaya yönəlir. Bu isə artıq daha ciddi, həm də strateji məsələdir. Bu, informasiya təhlükəsizliyi məsələsidir!



Yeri gəlmişkən, bu yerdə "problemlərin müzakirəsinə imkan yaradılmır"  kimi arqumentlər səsləndirilə bilər. Təkcə son bir ayda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir çıxışı (Prezident yanında Dövlət İdarəçilik Akademiyasında) və bir geniş məqaləsi yayılıb. Həmin çıxış və məqalədə müzakirə üçün təklif olunmuş onlarla mövzu var. Hamısı da cəmiyyəti düşündürən, tirajlı və populyar mövzulardır.



Aparıcı mədəniyyəti



Televiziya özü özlüyündə çox mürəkkəb və geniş sənayedir. Amma bu sənayenin üzü, sifəti, hamının gördüyü işin inikası aparıcıdır.



Və biz yenə də kiçik istisnalarla "şou", mətbəx, avtomobil və sair veriliş aparıcısının sosial şəbəkədə və ya hansısa saytda haqqında yazılanlara "mən də milyonluq efirdən onların ana-bacısı haqqında danışaram", "üz verəndə astar istəyirlər", "mənim şəxsi həyatımı müzakirə çıxarıblar, onları allaha həvalə edirəm", "Bu efirdə onları biabır edərəm", "əllərində bir balaca sayt var, mənim də milyonluq efirim, tamaşaçılarım (bir az yekələnəndə "fanatlarım" da deyirlər) var, indi bunların dərsini verəcəm" kimi dəqiqlərlə sürən "mühazirələrinə" qulaq asırıq. Məsələ, bu adamların öz "bilikləri daxilində" "ağbirçəklik" və ya "ağsaqqallıq" eləmələrində deyil. Bəs bu efirlərə məsuliyyət daşıyanlar? Axı iş yeri adama oradan sui-istifadə etmək hüquqi vermir. Hansı hədd və ixtiyarla bu adamlara milyonluq efirlərdən ( özləri belə deyir) gündə 3-5 min oxucu auditoriyası olan sayta cavab vermək haqqı tanıyırlar? Ümumiyyətlə, başqasının mülkindən, sənə tapşırılmış işdən öz mənafeyi naminə istifadə etmək, hər dəqiqəsi pul, nüfuz olan efirin az qala 10-15 dəqiqəsini öz mənasız məsələlərinin müzakirəsinə və gülməli məsləhətlərinə sərf eləmək haqqını bu adamlara niyə tanıyırlar? Bu hansı peşəkarlıq, hansı efir etikasıdı? Efir bu adamlar üçün özlərini qoruma, onları sevməyənlərə cavab vermək üçün məkandırmı? Dünyanın istənilən, ultra demokrat ölkəsində efirin bu cür istismarına görə adamı işdən çıxararlar və yəqin ki əmək kitabçasına elə bir not yazarlar ki, onu ömrü boyu heç yerdə işə almasınlar. Bizdə isə bu adamlar ulduzdular, efirdə ürəklərini boşaldılar və axırda da deyirlər: "Bilirik, bizə paxıllıq edirsiniz".



Və nəticə



Hər kəsin bildiyi həqiqətlərin ard-arda sıralanmasının doğurduğu nəticə budu: Bəzi istisnalarla Azərbaycan televiziyalarının özəl efir konsepsiyaları yoxdur. Xüsusi efir siyasəti olmadan isə fərqlənmək mümkün deyil. Ona görə də rəqabət daha çox eyni şeyləri kimin daha tünd rənglərlə eləməsi uğrunda gedir. Və bu da mənzərəni getdikcə tündləşdirir.



... Bu gün efirdə "şpaqat" açan o aparıcının elədiyi həm də efirin simvolu idi. "Şpaqat" sözünün Azərbaycan dilində o qədər də xoş səslənməyən bir tərcüməsi var: "Haça-paça"...



Konsepsiya olmayanda əlac ancaq "şpaqat"a qalır...   


Teqlər:
Bu xəbər cəmi 1840 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR