Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İsmət Abbasov 18 milyonluq kredit maxinasiyası ittihamından necə qurtulmaq istəyir?

İsmət Abbasov 18 milyonluq kredit maxinasiyası ittihamından necə qurtulmaq istəyir?
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov nazirliyin yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə yeni baş direktorun təyin edilməsi barədə əmr verib.


Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev agentliyin yeni baş direktoru Abbas Allahverdiyevi kollektivə təqdim edib. A.Allahverdiyev 1956-cı ildə anadan olub, bir neçə dövlət vəzifəsində çalışıb.



Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 2004-cü ildə yaradılıb. Qurum kənd təsərrüfatı üzrə beynəlxalq kredit layihələrini koordinasiya edir, həmçinin müvəkkil bankların vasitəsilə güzəştli faizlər üzrə kənd təsərrüfatı kreditləri verir. Agentlik 2007-ci ildən kreditlər verməyə başlayıb. Həmin vaxtdan dövlət büdcəsindən agentliyə 48 mln. manat ayrılıb. Ödənilmiş kreditləri nəzərə almaqla, təsərrüfatlara 67 mln. manat həcmində kredit verilib (dia.az)



 



Qeyd edək ki, bir müddət öncə Kənd Təssərrüfatı Nazirliyinin ayırdığı kreditlərlə bağlı  müdhiş maxinasiyaların olması haqda bir müddət əccəl mətbuatda məlumatlar dərc olunmuşdu. Həmin məlumatlarda bildirilirdi ki, hətta beynəlxalq təşkilatların Azərbaycana ayırdığı külli-miqdarda pullar nazirin özü və yaxın ətrafının,  nazirliyin kreditlərin ayrılması ilə məşğul olan qurumları tərəindən mənimsənilir.



Həmin məlumatda  qeyd olunrudu ki, Dünya Bankı tərəfindən Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı salınması üçün dövlətimizə müəyyən müddətdən sonra qaytarılması nəzərdə tutulmaqla pul vəsaiti (18 mln ABŞ dolları) ayrılıb ki, həmin vəsait də İsmət Abbasovun nəzarətində olan “İcraçı Kredit Agentliyi” Bank Olmayan Kredit Təşkilatı (İKA) tərəfindən müxtəlif adlar altında mənimsənilir və əldə olunan gəlirlər də birbaşa olaraq nazirə çatdırılır.



Mənbə yazırdı: “Kənd təsərrüfatı sahəsini əhatə etdiyinə görə İsmət Abasov bu özəl qurumun fəaliyyətinə müdaxilə etmiş və keçmiş işçi heyətinin işdən uzaqlaşdırılmasına nail olmuş, Arif Əliyevi İKA-nın baş direktoru vəzifəsinə təyin etmiş və bu yolla Dünya Bankının ölkəmizə ayırdığı pullara yiyələnmişdir.



Arif Əliyev kredit ittifaqlarına veriləsi kreditlərin müəyyən qismini “şapka” şəkilində onlardan tələb edirdi və öz dili ilə İsmət Abasova veriləcəyini söyləyirdi. Hətta İKA-da çalışan Fəqanın əli ilə 7- ci mərtəbəyə, yəni İsmət Abbasova çantada pulların daşınılmasının şahidi olanlar da vardır.



Arif Əliyev bir çox kredit ittifaqlarının- “Tərəkəmə”, “Yüzbaşlı-2”, “İlham”, “Sahibkarlar”, “Aşıxlı”, “Aran”, “Ləman”, “Masallı” və digərlərinin adı ilə təşkilatdan külli miqdarda pullar çıxarmış və özlərinin dediyi kimi aşağı yollamışdır. Hətta İlham və Yüzbaşlı-2 kredit ittifaqlarının sədrlərinin başqa cinayət işlərində əlləri olduqlarına görə həbs olunmuşlar.



Arif Əliyev “Sahibkarlar”  “Tərəkəmə” Kİ-lərin adlarına 1 mln manat kredit ayırmasına və onun müəyyən qismini mənimsəməsinə baxmayaraq, hər birindən 1 mln manatın geri qaytarılmasını tələb etdikdə həmin Kİ rəhbərləri Azərbaycanı tərk edərək Türkiyəyə qaçmışlar.



“Tərəkəmə” Kİ-nin rəhbəri Türkiyədə qızıl mağazası açıb fəaliyyət göstərir. Hətta Arif Əliyev girovların qeyri-qanuni qiymətləndirməsi, yalandan təmir xərcləri və digər bu  kimi təşkilata məxsus olan pulları da təşkilatdan çıxarıb İsmət Abasovla bölür”.



Onu da bildirək ki,  mətbuata müraciət edən sözügedən qurumun sabiq əməkdaşlarından biri bu faktları təsdiqləməklə yanaşı ilginc bir məqamı da açıqlayıb:



“Bütün yazılanlar həqiqətdir. Məhz bu kimi cinayətlərə məni də məcbur etmək istəyirdilər, lakin razı olmadığıma görə kollektivdə çox nalayiq sözlərlə təhqir edilirdim. Hətta əmək haqqımı da azaltmışdılar və nəhayət məni də işdən uzaqlaşdırdılar. Mənim yerimə Arif Əliyev öz qohumlarını işə cəlb edərək bu işləri davam etməkdədir.



Bütün bu əməllərə görə Maliyyə Nazirliyi tərəfindən kreditləşmə əməliyyatı dayandırılsa da, Arif Əliyev keçmiş tarixlə kreditləri verməkdə davam etdirir. Hətta verilən kreditlər cinayətkarlıqda ona yardım etməsinə kömək edən Kİ-lər tərəfindən geri qaytarılmır. Beləliklə Dünya Bankının ayırdığı kreditlərin geri qaytarılması mümkün olmayacaq, Ölkəmizin üstündə qalacaq. Halbuki bütün pullar İsmət Abasov tərəfindən Arif Əliyev vasitəsilə mənimsənilməkdədir!!!”.



Nazirin yeni təqyinatı ilə bağlı danışan mənbə bildirib ki, İ.Abbasov belə gedişlərlə barəsində yayılan məlumatların qarşısını almağa və məsuliyyəti üzərindən atmağa çalışır.






Teqlər:
Bu xəbər cəmi 1605 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR