Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Davudoğlu Yunanıstanın baş naziri ilə mətbuat konfransı keçirdi

Davudoğlu Yunanıstanın baş naziri ilə mətbuat konfransı keçirdi
Ankara Afina ilə münasibətlərdə yeni mərhələyə başlamaq əzmində doludur.


Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Yunanıstanın baş naziri Antonios Samarasla keçirdiyi birgə mətbuat konfransında bildirib.



Davudoğlu qeyd edib ki, Türkiyə və Yunanıstan arasında artıq heç bir psixoloji maneə yoxdur. O, vurğulayıb ki, hər iki dövlət münasibətlərində yeni mərhələyə başlamağa hazırdır.



“Dövlətlərimiz arasında bir çox layihələr həyata keçirilir, məsələn biz Çanaqqala körpüsünü tikirik. Türkiyə həmçinin Yunanıstanın Asiyaya qapısıdır, Yunanıstan isə bizim Avropaya qapımızdır. Biz energetika sahəsində də əməkdaşlıq edirik. TANAP layihəsinin TAP layihəsi ilə birləşməsi bizi çox sevindirdi. Bizim enerji dəhlizlərimiz birləşir”, - Davudoğlu qeyd edib.



Onun sözlərinə görə, müvafiq nazirliklərə enerji dəhlizinin yaradılması məsələsi üzrə birgə iş haqqında tapşırıqlar verilib.



Kipr məsələsinə toxunaraq, Türkiyənin baş naziri qeyd edib ki, danışıqların tezliklə başlayacağına ümid edir.


Teqlər:
Bu xəbər cəmi 770 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR